Mən sevərəm ikimizin yerinə
Bu sevgidən sən qorxursan eybi yox,
Mən sevərəm ikimizin yerinə
Bu eşq üçün bir gün dara çəksələr
Mən gedərəm ikimizin yerinə
Min əzabdır sənsiz keçən hər günüm,
Unutmuşam yaxşı-yaman fərqini
Bu sevginin dağ əridən dərdini,
Mən çəkərəm ikimizin yerinə
Gül deyirəm, gül qəlbinə dəyirəm,
Mən səninçün Tanrı yazan şeirəm,
Dodaqların inciməsin deyirəm,
Mən öpərəm ikimizin yerin
Min əzabdır sənsiz keçən hər günüm,
Unutmuşam yaxşı-yaman fərqini
Bu sevginin dağ əridən dərdini,
Mən çəkərəm ikimizin yerinə
Taleyimdə son açılan gülümsən
Süzüb qara gözlərin könlümsən
Bu sevginin sonu əgər ölümsə,
Mən ölərəm ikimizin yerinə